Ukraynapərəst qrafitiyə görə həbs

Leninin heykəlini rəngdən təmizləyirlər

-

Rusiyada Sovet heykəllərini Ukrayna bayrağının rəngləri və kiyevpərəst qrafiti ilə bəzədiklərinə görə iki gənc iki illik həbsə məhkum edilib.

Kirill Korzhavin və Vladislav Shipovalov daxil olmaqlar dörd nəfər Novosibirsk şəhərində Vladimir Lenin-in heykəlini rəngləməkdə, üzərinə “Ukraynaya eşq olsun” sözlərini yazmaqda təqsirli biliniblər.

Novosibirskin Lenisnky məhkəməsi sentyabrın 16-da qərar çıxarıb. Həmin şəxslərin kremlyönlü Vahid Rusiya və Kommunist partiyalarının yerli ofislərini də qarət etdiyi bəyan olunub.

Heykəllər ötən ilin dekabrında rənglənmişdi.

Daha iki müqəssir isə azyaşlı olduğu üçün həbsə atılmayıb, ancaq hərəkətlərinə ciddi məhdudiyyətlər qoyulub.