Xorvatiyaya 5650 miqrant keçib

Foto arxiv

Xorvatiya polisi indiyədək ölkəyə 5650 miqrant keçdiyini bildirir.

Macarıstan Serbiya ilə sərhəddi bağladığına görə, miqrandlar Qərbi Avropaya marşurutu dəyişərək Xorvatiyaya üz tutublar.

Polisin məlumatına görə miqrantlar sentyabrın 17-də Xorvatiya ətrafındakı bir neçə məntəqən daxil olublar.

Miqrantlar qeydiyyata alındıqdan sonra paytaxt Zaqreb ətrafındakı mərkəzlərə aparılırlar.

Xorvatiyanın daxili işlər naziri Ranko Ostojic sentyabrın 16-da bildirib ki, əgər miqrantların sayı artsa yeni tədbirlərə baxıla bilər.

BMT-nin baş katibi Ban Ki Moon Macarıstan polisinin sentyabrın 16-da qaçqınlara qarşı gözyaşardıcı qazdan istifadə etməsindən şoka düşdüyünü byan edib.

Qaçqınlar tikanlı məftilləri qıraraq Serbiyadan Macarıstana girmək istəyirmişlər.