Pentaqon rəhbərinin köməkçisi Bakıya gəlib

Evelyn Farkas

-

ABŞ müdafiə katibinin Rusiya, Ukrayna, Avrasiya üzrə köməkçisinin müavini Evelyn N.Farkas-ın Azərbaycana qısamüddətli səfəri başlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən AzadlıqRadiosuna verilən məlumata görə, səfər zamanı ikitərəfli əlaqələr, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq və müdafiə məsələləri müzakirə olunacaq.

Xanım Farkas-ın Azərbaycanda bir sıra rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.