FİFA-nın baş katibi də getdi

Jerome Valcke

FİFA-nın baş katibi Jerome Valcke vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.

Bu barədə FİFA məlumat yayıb.

Onun adı korrupsiya qalmaqalında hallanır və FİFA-nın İntizam Komitəsi bununla bağlı araşdırmaya başlayıb.

Söhbət əsasən 2014-cü il Braziliya çempionatında qanunsuz bilet satışı sixemindən gedir.

Valcke 8 ildir ki, FİFA-nın direktorudur.

Təşkilatın prezidenti Sepp Blatter isə təşkilatdakı korrupsiya qalmaqalına görə, iyunda istefa verdi.

ABŞ prokurorluğu bu ilin mayında FİFA-nın 14 yüksək səlahiyyətli nümayəndəsinə qarə rəsmi ittiham irəli sürüb.

Həmin vaxt istintaqda Valckenin də adı hallansa da onların siyahısına düşməmişdi.

İlk dəfə isə onun adı korrupsiya qalmaqalında hələ 2006-cı ildə hallanıb.O həmin vaxt FİFA-nın maketinq şöbəsinin rəisi idi.