Zibil böhranı- [Fotolarda]

Yeni zibilxanaların yaradılmasına etiraz olaraq etirazçılar özləri də yerə zibil atır, zibilqablarını çevirir və bununla hökumətə etirazlarını bildirirlər. 

Etirazçılar səslərinin eşidilməsi üçün ağaclardan zibil dolu paketlər asırlar.

Kənd təsərrüfatı nazirliyinin qarşısında aksiya: yumurta atışına hazırlıq...

Livan hökuməti ölkənin iki yerində böyük ərazidə zibilxana açıb. Amma ora tökülən zibil "sortirovka" edilmir.

Uzun müddət paytaxt Beyrutun çıxışında zibilxana vardı. Amma ətraf ərazilərin sakinlərinin şikayətlərindən sonra bağlanıb. 

Etirazçılardan biri aclıq zamanı huşunu itirir.

Elələri də var ki, Kənd təsərrüfatı nazirliyinin qarşısında çadır qurub etiraz edir.

Beyrutun ətrafında bir zibilxana