İslam Dövləti qrupunun tərkibində 2400-dək Rusiya vətəndaşı vuruşur.
Rusiya Federal Təhlükəsizlik xidmətinin direktor müavini Sergei Smirnovun sözlərinə görə, bu qrupun tərəfindən ümumilikdə əslən Orta Asiyadan olan 3 minədək yaraqlı vuruşur.
O həmçinin qeyd edib ki, Yaxın Şərqdən Avropaya artan qaçqın axını Rusiya üçün böyük potensial təhlükə yaradır.
“Moskvanın dəstəyinin Suriyadakı vəziyyətə-xüsusilə də qaçqın axınına mənfi təsir göstərməsini demək düzgün deyil. Bu İslam Dövləti qrupunun regionda genişlənməsi ilə bağlıdır”.
O qeyd edib ki, bir sıra ölkələr terrorçuluqla beynəlxalq mübarizədən yayınmağa cəhd göstərirlər.
O qeyd edib ki, əməkdaşlıq var, amma lazımi səviyyədə deyil-xüsusilə də Birləşmiş Ştatlarla.
Smirnov bunu sentyabrın 18-də Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin Daşkəntdə keçirilən görüşündən sonra jurnalistlərlə söhbət zamanı deyib.
Bu təşkilata Rusiya, Çin, Qazaxıstan,Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.