Həcc ziyarətini yarımçıq qoymaq nə deməkdir

Qalib Salahzadə, Milli Məclisin deputatı (arxiv fotosu)

-

«Bizim Yol» qəzeti 27-ci dəfə Həcc mərasimində olan deputat Qalib Salahzadənin ziyarəti yarımçıq qoyub Bakıya qayıtmasından yazıb.

Məqalənin əsas sualı budur: «bir şəxsin Həcc ziyarətini yarımçıq qoyub qayıtması şəriət baxımından doğrudurmu?»

Məqalədə deyilir: «Mükəlləf şəxsin Həcc mərasiminə qədər geriyə qayıdıb-qayıtmaması onun öz ixtiyarındadı. Yalnız burada bir problem ola bilər ki, boynuna vacib həcc gəlmiş adam bu il Həccə gedibsə vacib bir əməli yerinə yetirmədən geri dönmüş olur. Onun boynundan vacib həcc götürülmür və növbəti il yenidən getməlidir. Növbəti Həcc mövsümünə qədər vəfat edərsə və ya növbəti il ziyarətə gedə bilməzsə, vacib əməli tərk etmiş və müqəssir kimi dünyadan gedər».

Bakıda park yeri (foto: avtosfer.az)

Bakıda ən bahalı maşınlar cərimə meydançasına aparılıb

Avtosfer.az saytı yazır ki, Bakıda yol polisi keçirdiyi rey nəticəsind 100-dən çox brend və bahalı nömrələri maşınları cərimə meydançasına aparıb.

«Cərimə meydançasına salınan avtomobillər arasında «Bentley», «Porche», «Maserati», «BMW»nin son modelləri, «Mersedes Galendewagen», «Mersedes S-klass», «Range Rover», «Cadillac Escalade», «Hummer», «Lexus» və «Land Gruiser»lər də var idi. Avtomobillərin nömrələri də göz qamaşdırır».

Hakimiyyət tərəfdəki təlaş

İlham Əliyev (arxiv fotosu)

«Azadlıq» qəzeti yazır ki, Avropa Parlamentinin qətnaməsinin ardınca «mənfur Avropa» mövzusunda hökuməti təmsil edən xeyli adamdan, deputatlardan sonra, nəhayət, İlham Əliyev də söz açdı.

«Həmin çıxışların məzmunu tanışdır. Bütün dünya bizim paxıllığımızı çəkir, bizdəki inkişafı gözləri götürmür, Azərbaycanın müstəqil mövqeyini qəbul edə bilmir. Hər yerdə böhrandır, biz də isə heç bir problem yoxdur, ola bilməz və s. Belə böhranlı vəziyyətdə tərəfdarları, məmurlar, yaxın komandası İlham Əliyevin çıxışlarını təlaşsız oxumurlar. Onların hamısının ürəyində belə bir sual var: görəsən bunun axırı necə olacaq? Vəziyyət bura gəlməli idimi? Düzələ bilərmi?»

Antiazərbaycançı şəbəkənin avantürası iflasa uğrayacaq

Avropa Parlamentinin binası (arxiv fotosu)

«Azərbaycan» qəzeti Avropa Parlamentinin Azərbaycan haqqındakı qətnaməsinin gözlənilən olduğunu yazır.

«Bu, qısqanclığın, paxıllığın və xüsusilə də erməni diasporunun təsirinin nəticəsidir. Əlbəttə ki, bəzi antiazərbaycançı qüvvələrin ölkəmizin beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaq üçün qərəzli kampaniyalarının heç bir əsası yoxdur və belə hücumlar onların gözlədiyi nəticəni verə bilməz. Bu hücumlar müstəqilliymizi, onun təməl prinsiplərini sarsıda bilməz. Bu məsələdə ümumxalq birliyi bir daha sübut edir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir».