-
BMT nüvə agentliyinin rəhbəri İranın mübahisəli hərbi obyektinə baş çəkib. Agentlik İranın nüvə silahının hazırlanması ilə bağlı iş aparıb-aparmadığını araşdırır.
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano Parçinə sentyabrın 20-də gedib.
İranla altı dövlət arasında nüvə danışıqları zamanı Parçin müzakirələrin mərkəzində dururdu, agentliyin bu obyektə çıxışı götür-qoy edilirdi.
Hələlik Amano-nun səfərinin miqyası aydın deyil. İran dövlət mediası bu səfərin təftişdən çox, mərasim xarakterli olduğunu yazıb.
Qərbin kəşfiyyat agentlikləri iddia edirdi ki, 1990-cı illərdən bəri Parçində kimyəvi, partlayıcı və sursat istehsalı aparılıb. Qərb diplomatları burada daha sonra nüvə silahları ilə bağlı tədqiqat aparıldığını qeyd edirdi.