Merkel-dən miqrant bəyanatı

Miqrantlar Xorvatiyada

-

Almaniya kansleri Angela Merkel digər Avropa dövlətləri liderlərini qitənin qaçqın böhranı üçün birgə məsuliyyət götürməyə çağırıb. Bu arada minlərlə qaçqın Avstriyaya gəlib.

Avstriya polisi sentyabrın 20-də 4700 nəfərin Macarıstanla Nickelsdorf sərhəd postunu keçərək ölkəyə daxil olduğunu bildirib. Bir gün öncə isə 10 min nəfər gəlib.

Əsgərlər, polis və könüllülər sərhəddə qayda-qanun yaratmağa çalışırlar.

Şərqi Avropada minlərlə miqrant günlərlə ərzaq və susuz qalıb. Ölkələr onların Qərbi və Mərkəzi Avropaya girişini əngəlləmək üçün sədlər yaradıb.