-
Yüzlərlə Krım tatarı yarımadanı Ukraynanın qalan hissəsi ilə birləşdirən yolları kəsərək Rusiyanın ötən ilin martında Krımı anneksiyasına etiraz ediblər.
Ukraynanın ultramillətçi Sağ Sektor fəallarının dəstəyi ilə tatarlar sentyabrın 20-də yolu bağlayıblar. Deyiblər ki, “Rusiya hakimiyyətinin Krım tatarlarının hüquqlarını pozmasına” etiraz olaraq regionun təchizatını əngəlləmək istəyirlər.
“Məqsədimiz Krımın işğalına son qoymaq, Ukraynanın ərazi bütövlüyünü bərpa etməkdir,” Krım tatarlarının liderlərindən biri, Refat Chubarov deyib.
Krım tatarları 1944-cü ildə Sibirə və Orta Asiyaya deportasiya olunub, 1980-ci illərdə geri dönə biliblər. 300 minlik tatar Rusiyanın Krımı anneksiyasına qarşı çıxıb, 10 mindən çoxu Ukraynaya qaçıb.
Krımın de fakto lideri Sergei Aksyonov jurnalistlərə deyib ki, yarımada təchizatının yalnız 5 faizini Ukraynada alır və blokadanın təsirini hiss etməyəcək.