Azərbaycan millisi birinci oldu

Foto arxiv

19 yaşadək qızlardan ibarət Azərbaycanın futbol yığması Avropa çempionatının ilkin seçmə mərhələsində Uelsdə keçirdiyi bütün görüşlərdə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

AFFA-nın məlumatına görə, Azərbaycan millisi qrupun son oyununda Xorvatiya yığmasına da 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəl Uelsi 4:1, Belçikanı isə 3:0 hesabı ilə məğlub edib.

Azərbaycan millisi 9 xalla qrupda 1-ci, Belçika 6 xalla ikinci, Xorvatiya 3 xalla 3-cü, Uels isı 0 xalla sonuncu olub.