Şəhriyar Məmmədyarov 1/4 finalda

Foto arxiv

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Bakıda keçirilən dünya kubokunun 1/4 finalına çıxıb.

O 1/8 finalda amerikalı şahmatçı Fabiano Caruananı məğlub edib.

Şəhriyar Məmmədyarov dünən ağ fiqurlarla qalib gəldiyi Caruana ilə bu gün qara fiqurlarla heç-heçə edib və iki görüşün yekununa əsasən növbəti mərhələyə çıxıb.

Şəhriyar Məmmədyarovun 1/4 finalda rəqibi rusiyalı Sergei Karyakinlə Dmitry Andreykin arasında keçirilən görüşün qalibi olacaq.