-
Sentyabrın 21-də Bağdadda və ətrafında baş verən partlayışlarda azı 17 nəfər həlak olub.
Partlayışlardan birini İslam Dövləti (İD) silahlı qruplaşmasının yaraqlıları törədib. Qruplaşma Bağdadın şərqində Ameen rayonunda şiə döyüşçüləri hədəfə aldığını bəyan edib. Partlayışda 12 nəfər öldürülüb, 42 nəfər yaralanıb.
Digər rayonlarda törədilən partlayışlarda isə üst-üstə 5 nəfər həlak olub, biri əsgərdir.
Ordu paytaxtın şimalqərbində iki böyük yük maşını üzərinə qoyulmuş raket buraxıcıları tapdığını bildirib. Onlardan Bağdad aeroportu yaxınlığındakı Qələbə Düşərgəsi hərbi bazasına Katyusha raketləri atılıbmış.