BDU-nun həyətində kitab yarmarkası

- “Qanun” nəşriyyatı Bakı Dövlət Universitetinin həyətində kitab sərgi-satışı keçirir. Kitablar Azərbaycan, rus və ingilis dillərində 20% endirimlə təklif olunur.

Satışa bədii və rəngarəng uşaq ədəbiyyatı, şəxsiyyətin inkişafına kömək edəcək nəşrlər, hüquq kitabları çıxarılıb.

Bir ay davam edəcək sərgi-satış tələbələrə lazımi kitabın şəhərdə axtarışına vaxt sərf etmədən onu əlçatan qiymətə almaq ımkanı yaradır.

Yarmarka bütün növbələrdə təhsil alan tələbələrə xidmət məqsədilə səhər saat 9-dan axşam 6-a qədər davam edir.