“Bin Ladenin cangüdəni” azad olundu

Pentaqon xəbər verir ki, 39 yaşlı Abdul Shalabi Səudiyyə Ərəbistanına etaplanıb.

Bir vaxtlar əl-Qaeda lideri Osama bin Ladenə cangüdənlik etdiyi söylənən səudiyyəli Quantanamo buxtasındakı düşərgədən azad edilib.

Pentaqon xəbər verir ki, 39 yaşlı Abdul Shalabi Səudiyyə Ərəbistanına köçürülüb.

Shalabi 2001-ci ildə Pakistan qüvvələri tərəfindən həbs olunmuş və ABŞ-a göndərilmişdi.

O, Quantanamo həbsxnasında uzun müddət aclıq aksiyası keçirmişdi.

Shalabinin indi Səudiyyə Ərəbistanında bərpa kursu keçəcəyi gözlənilir.

Qunatanamoda hazırda 114 məhbus var. Onlardan 52-sinin etaplanması barədə qərar qəbul edilib.