-
Sentyabrın 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-Yorka gedib.
Nümayəndə heyəti BMT Baş Məclisinin 70-ci sessiyasında iştirak edəcək.
Səfər çərçivəsində Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxış edəcək. Onun sessiya çərçivəsində keçiriləcək toplantılarda iştirakı və bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
Xəbəri Xarici İşlər Nazirliyi yayıb.