Gürcüstan əsgəri Əfqanıstanda həlak olub

Afghan -- Bagram Base

Əfqanıstanda 1 Gürcüstan əsgəri həlak olub.

Gürcüstan və NATO hərbçilərinin sözlərinə görə, əsgər sentyabrın 23-də Kabilin şimalındakı Bagram hava bazası yaxınlığında patrul xidmətinə hücum edilərkən ölüb.

Başqa bir Gürcüstan əsgəri isə toqquşmada yaralanıb.

ABŞ dəniz piyadaları bə müttəfiq qüvvələr tərəfindən qorunan bu bazaya vaxtaşırı hücum edilir.

Yaraqlılar adətən bazanı uzaqdan raket atəşinə tuturlar.

Bu, bu il Əfqanıstanda həlak olan 9-cu xarici əsgərdir.Ötən il isə Əfqanıstanda 75 xarici əsgər həlak olub.

NATO qüvvələrinin əksəriyyəti 2014-cü ilin sonunda Əfqanıstanı tərk edib.

Ölkədə qalan 13 minlik ordu yalnız yerli qüvvələrə təlim keçməklə məşğuldur.