Dünyada 700 mindən çox qadın həbsdədir

Foto arxiv

Hazırda dünya həbsxanalarında 700 mindən çox qadın və qız məhbus var.

Londonda qərarlaşan kriminal siyasət üzrə tədqiqat instutunun sentyabrın 23-də yaydığı hesabatda belə deyilir.

Hesabatda bildirilir ki, son 15 ildə həbsə düşən qadınların sayı 50 faiz artıb ki, bu ümumilikdə kişilərlə müqaisədə çoxdur.

Qadın məhbusların ümumilikdə yarıdan çoxu ABŞ, Çin və Rusiyanın payına düşür.

ABŞ və Rusiyada bu artım hər 100 min nəfərə görə 36,9, həmçinin Türkmənistanda 38,2 faizdir.

İnstitutun direktoru Jessica Jacobson deyir ki, bu tədqiqat bütün dünya ölkələri üçün ciddi siqnal olmalıdır.

Hesabatda deyilir ki, bir sıra ölkələr hesabat vermədiyindən, həmçinin Çinin məlumatları tam olmadığından göstərilən say yəqin ki, bundan çoxdur.