"Arsenal" Özillə müqaviləni uzatmaq istəyir

Mesut Ozil

"Arsenal" futbolçusu Məsut Özillə müqavilənin müddətini uzatmaq istəyir.

Qol.azın məlumatına görə, klub futbolçuya yeni müqavilə təklif edəcək. Amma hələlik müqavilənin müttəti açıqlanmayıb.

Məsut Özilin "Arsenal"la indiki müqaviləsi hələ 2018-ci ildə bitir, amma rəhbərlik onu daha bir neçə il komandada görmək istəyir.

Özil "Arsenal"a 2013-cü ildə "Real"dan transfer olunub. Sövdələşmənin qiyməti 40 milyon avro olub.