İsraillə və Rusiya koordinasiya komandasının ilk görüşü oktyabrın 5-də olacaq.
Məqsəd Suriyadakı əməliyyatlar zamanı mümkün təsadüfi insidentlərin qarşısını almaqdır.
Adının çəkilməsini istəməyən hərbi rəsminin sözlərinə görə, görüşdə hava, hərbi dəniz və elektromaqnit əməliyyatlarının koordinasiya edilməsi müzakirə olunacaq.
İsrailin baş naziri Benjamin Netanyahu sentyabrın 21-də jurnalistlərə bildirmişdi ki, tərəflər təsadüfi insidentlərdən qaçmaq üçün mexanizm hazırlayıblar.
İsrail ehtiyat edir ki, Rusiyanın Suriyada İslam Dövlətinə qarşı hərbi əməliyyatlarda iştirakı təsadüfi hərbi toqquşmalara səbəb ola bilər.
İsrail Suriyanın cənubunda yaraqlılara qarşı reydlər keçirib və Hizbullah da daxil olamqla radikal qrupların silahlanmasından ehtiyat edir.