BMT Luqanskdan çıxarılır

Donetsk, arxiv fotosu

Donetsk, arxiv fotosu

-

Ukraynanın şərqindəki Luqansk regionunun de-fakto rəhbərliyi BMT agentliklərinə göstəriş verib ki, həftəsonunadək regiondan çıxsınlar. Bunu BMT humanitar missiyasının rəhbəri Stephen O'Brien sentyabrın 24-də deyib. O, silahlıları qərara yenidən baxmağa çağırıb.

Onun sözlərinə görə, silahlıların hərəkətləri nəticəsində 16 min ton humanitar yardım çatdırılmamış qalıb, yerli xəstəxanalar anesteziya olmadığına görə cərrahiyyə əməliyyatları apara bilmir. İyuldan bəri yaraqlıların qoyduğu daha bir tələb odur ki, bütün qruplar qeydiyyatdan keçsin.

O'Brien deyib ki, BMT-nin Donetsk regionunda əməliyyatları da təhlükədədir. “Donetskin de fakto rəhbərliyi BMT-nin əməliyyatlarını dayandırıb. Təxminən 150 min nəfər ərzaq yardımı ala bilmir”.