Tələbələr üçün təqaüd proqramı

Foto illüstrasiya.

-

ABŞ-da azərbaycanlı tələbələri hədəfə alan Mehriban Ürək Fondu 2015-2016-cı il üçün təqaüd proqramı elan edib.

Fondun rəsmi saytında deyilir ki, qurum Mirvari Fondu ilə birlikdə dörd qalib tələbəyə təhsil xərclərini ödəmək üçün 1000 dollar təqaüd verəcək.

Müraciət üçün son tarix oktyabrın 31-dir.

«Təqaüdçülər əvvəlki akademik göstəriciləri (məktəb və universitet qiymətləri, TQDK balı, tövsiyə məktubu), maliyyə ehtiyacları və icmalarına verə biləcəkləri töhfələri əsasında seçilirlər», - fond bildirir.

Ərizəçilər arasında seçimi Amerikanın tanınmış universitetləri və şirkətlərində işləyən azərbaycanlılardan ibarət jüri aparacaq.

Mehriban Ürək Fondu Azərbaycanda azgəlirli ailələrdə böyüyən gənclərin təhsil və bacarıqlarını inkişaf etdirmək üçün təsis olunub.