Obama Xi Jinpingi qəbul edib

Barack Obama və Xi Jinping

ABŞ prezidenti Barack Obama sentyabrın 25-də Çin prezidenti Xi Jinpingi Ağ evdə qarşılayıb.

Obama bildirib ki, o çinli həmkarı ilə kibercasusluq və insan haqları da dax il olmaqla bütün mübahisəli məsələləri açıq şəkildə həll edəcəklər.

Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sesiyası başlanır.

Sesiya çərçivəsində liderlər arasında ayrıca görüşlər də nəzərdə tutulur.

Obama bildirib ki, Çin prezidentinin səfəri iki ölkə arasındakı dostluq və əməkdaşlığın tarixindən xəbər verir.