Ukraynadan Rusiyaya qarşı yeni sanksiya

Arseniy Yatsenyuk

Ukrayna oktyabrın 1-dən Rusiyanın hava şirkətləri, əsasən də”Aeroflot” və “Transaero” nun uçuşlarını qadağan edir.

Bunu sentyabrən 25-də baş nazir Arseniy Yatsenyuk bəyan edib.

Amma Yatsenyuk tranzid uçuşlara icazə veriləcəyini bildirib,amma bir şərtlə ki, bu reyslərlə hərbi texnika və ya hərbi heyyət daşınmasın.

Ukraynaa ayın əvvəllərində Rusiyanın 25 hava şirkətini qara siyahıya salıb.

Rusiyanın ötən ilin martında Krımı ilhaq eləməsi və ölkənin şərqindəki münaqişədən sonra iki ölkə arasındakı münasibətlər pisləşib.

Kiyev Qərb Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Rusiya ittihamı rədd edir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 7 mindən çox adam ölüb.