-
İraq hərbçiləri “İslam Dövləti” yaraqlıları ilə mübarizədə Rusiya, İran və Suriya ilə əməkdaşlıq edir.
İraq hərbçilərinin komandiri sentyabrın 26-da açıqlama verib ki, öz vətəndaşları arasında terroristlərin artan sayından narahat olan Rusiyanın irəli sürdüyü təşəbbüslə belə bir razılaşma əldə edilib. Rusiyanın belə bir addımından bir gün öncə İraqın xarici işlər naziri İbrahim al-Jafaari deyib ki, Rusiya hərbçilərindən heç bir dəstək almayıblar.
Analitiklərin dediyinə görə, Rusiya son həftələrdə Suriyada hərbi fəaliyyətini fəallaşdırıb. Tənqidçilər ABŞ prezidenti Barack Obama-nı Orta Şərqdə, xüsusilə də Suriya münaqişəsində daha qərarlı olmağa çağırıblar.