Khameneidən Səudiyyə Ərəbistanına tələb

İranın ali lideri leader Ayatollah Ali Khamenei

-
İranın ali dini lideri Ali Khamenei Səudiyyə Ərəbistanı rəhbərliyinin Məkkədə baş vermiş faciəyə görə üzr istəməli olduğunu deyib.

Rəsmi məlumata görə sentyabrın 24-də baş vermiş faciə nəticəsində 769 nəfər ölüb, 900-dən çox adam yaralanıb.

Tehranın məlumatına görə, ölənlərdən 144-ü İran vətəndaşıdır, 320 nəfər barəsində isə heç bir məlumat yoxdur.
Sentyabrın 27-i çıxışı zamanı Ali Khamenei deyib ki, Səudiyyə Ərəbistanı öz məsuliyyətini qəbul etməli və bütün Müsəlman dünyası o cümlədən ölənlərin ailələrindən üzr istəməlidir.

Bundan bir gün öncə İran prezidenti Hassan Rouhani Məkkədə baş vermis faciəli basabasın tam araşdırılmasına çağırıb. İranın baş prokuroru Sayed Ibrahim Raisi isə Səud kral ailəsini törətdiyi “cinayətlərə” görə beynəlxalq məhkəməyə verəcəklərini deyib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al-Jubeir İranı faciəni siyasiləşdirməkdə günahlandırıb.