Əfqanıstanda kriket oyununa hücum

Əfqanıstanın 19 yaşlılardan ibarət kriket komandası

-

Əfqanıstanın cənub-şərqində kriket oyununa kamikadze hücumu olunub, azı 9 nəfər həlak olub, 30-dan çox yaralı var.

Hadisə Paktika vilayətində, Pakistanla sərhəddə baş verib.

Yerli rəsmilərin məlumatına görə, motosikletə qoyulmuş bomba çox güman ki, oyunu izləyən hökumət rəsmilərini hədəfləyib.

Ötən il elə həmin vilayətdə voleybol oyununa hücumda azı 50 nəfər ölmüşdü.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Ötən il əcnəbi əsgərlər Əfqanıstandan çıxandan bəri ölkənin təhlükəsizlik qüvvələri məhdud dəstəklə talibanla savaşır.