Minlərlə monteneqrolu etiraz edir

Podqoritsada çadırlar qurulub

Podqoritsada çadırlar qurulub

-

Bir neçə min insan Monteneqronun paytaxtı Podqoritsada etiraz aksiyasına çıxaraq baş nazir Milo Djukanovic hökumətinin istefasını tələb edib.

Bu kiçik Balkan ölkəsinin müxalifəti özlərinin dediyi kimi, “əsl seçki” keçirilənədək keçid hökumətinin qurulmasını istəyir.

Parlament qarşısına toplaşmış etirazçılar Monteneqronun bayraqlarını yelləyib, “İstefa”, “Oğrular rədd olsun” şüarları səsləndiriblər.

Müxalifət liderləri etirazçıları çağırıb ki, hökumət istefaya gedənədək küçələrdə qalsınlar. Təxminən 200-dək etirazçı bu tələbə əməl edib, bəziləri hətta çadırlar da qurub.

53 yaşlı Djukanovic 1990-cı illərdən hakimiyyətdədir, 2012-ci ildə yenidən baş nazir seçilib.

630 min əhalisi olan Monteneqroda işsizlik səviyyəsi 20 faizdir.