Yanan binanın sakinləri mənzillərinə köçür

Sizin brauzer HTML5-i dəstəkləmir

Yanan binada təmir yekunlaşır

-

Bakının Binəqədi rayonunda yanan binanın sakinləri mənzillərinə köçürülür.

Bu barədə report.az məlumat yayıb. Bildirilir ki, sakinlər mənzillərinə mərhələli şəkildə yaxın üç gün ərzində köçəcəklər.

Hazırda Binəqədi rayon İcra Hakimiyyəti və «Azəraqrartikinti» Səhmdar Cəmiyyəti əməkdaşlarının iştirakı ilə mənzillərin aktlaşdırılması həyata keçirilir.

Aktlaşdırma sənədlərində mənzildə olan avadanlıqların siyahısı da qeyd olunub.

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada yanğın bu il mayın 19-da olub. Hadisə nəticəsində 15 nəfər ölüb. Yanğına ilkin səbəb kimi binanın üzərinə çəkilmiş penoplast üzlüklər göstərilir.