Qazaxıstan İD-lə mübarizəyə çağırır

Erlan Idrisov

Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov dünya liderlərini İslam Dövləti qrupu təhlükəsi ilə mübarizədə birləşməyə çağırıb.

O sentyabrın 26-da Nyu-Yorkda Associated-Press agentliyinə müsahibəsində ölkəsinin son vaxtlaradək fundamentalizm və ifratçılıqdan sığorta olunmadığını deyib.

İdrisov bildirib ki, hesablamalara görə, hazırda Suriyada 200 Qazazıstan vətəndaşı vuruşur.

Nazir ABŞ, Çin, Rusiya və Avropanı siyasi fikir ayrılıqlarını kənara qoyub İslam Dövləti qrupuna qarşı mübarizədə birləşməyə çağırıb.

İdrisov sentyabrın 28-də Nyu-Yorkda ABŞ və Rusiya prezidentlərinin görüşünü taktikanın dəyişməsində tərpəniş hesab edir.