Həcc ziyarətində daha bir azərbaycanlı zəvvar vəfat edib.
Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, bu, 1936-cı il təvəllüdlü, Yardımlı rayon sakini Əzizağa Şirinovdur.
Zəvvar 3 gün əvvəl günvurma diaqnozu ilə Məkkədəki hospitala yerləşdirilib, sentyabrın 28-i günorta saatlarında vəfat edib.