“İran terrorçuluğun məhvinə hazırdır”

Hassan Rohani

-

İran prezidenti Hassan Rohani deyir ki, Tehran Yaxın Şərqdə “terrorçuluğun kökünü kəsməyə” və Suriya və Yəmənə demokratiya gətirilməsinə kömək etməyə hazırdır.

“Biz terrorçuluğun kökünün kəsilməsinə yardım etməyə və demokratiyaya yol açmağa hazırıq,” Rohani sentyabrın 28-də Nyu Yorkda BMT Baş Assambleyasında çıxışında deyib.

“İraqda və Əfqanıstanda demokratiyanın qurulmasına kömək etdiyimiz kimi, Suriya və Yəmənə də demokratiya gətirilməsində köməyə hazırıq,” o, bildirib.

Rohani Yaxın Şərqdə böhrana görə Birləşmiş Ştatların Əfqanıstan və İraqı işğal etməsini, eləcə də İsrailə dəstəyini qınayıb.

“Unutmamalıyıq ki, bugünkü müharibənin, dağıntı və terrorun kökləri dünənin işğalında, hərbi müdaxiləsində axtarılmalıdır,” Rohani söyləyib.