Kunduzda əks-hücum başlanır

Kunduzda taliban bayrağı

-

Əfqanıstan hökuməti bildirir ki, təhlükəsizlik qüvvələri Talibanın tutduğu Kunduz şəhərində əks-hücuma başlayır.

“Kunduza yeni qüvvələr gəlib və əməliyyata start verilib,” Müdafiə Nazirliyi sentyabrın 29-da bildirib.

Bəyanata görə, hökumət qüvvələri şəhər həbsxanasını və polis qərargahını talibançılardan ala biliblər.

Əsgərlər ötən gün Kunduz aeroportuna çəkilmişdilər. Taliban hökumət binalarını tutub, yüzlərlə məhbusu azad edib. Taliban son 14 ildə ilk dəfədir əyalətdə əsas nöqtələri ələ keçirir.

Sərhədsiz Həkimlər təşkilatı 100-dən çox yaralıya kömək göstərdiyini, şəhərdəki obyektinin dolduğunu bildirib.