Cənub Qaz Dəhlizi" genişləndirilə blər

Malena Mard

“Azərbaycan Avropa Birliyinin etibarlı tərəfdaşdır”.

APA-nın məlumatına görə, bunu sentyabrın 29-da Bakıda keçirilən ”Azərbaycan və Xəzər dənizi Neft və Qaz Həftəsi - 2015” konfransında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

O bildirib ki, Azərbaycanın ticarət dövriyyəsinin 43%-i Avropa Birliyinin payına düşür: "Bunun böyük hissəsi enerji sektoruna aiddir və məhz bu sahədə bizim çox güclü əlaqələrimiz var"-deyə o vurğulayıb.

Malena Mard bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi Avropa Birliyi üçün strateji önəm daşıyır və layihə üzrə işlər plana uyğun şəkildə davam edir.

O qeyd edib ki, gələcəkdə bu layihənin imkanları genişləndirilə bilər: "Düşünürük ki, bu layihə bizim enerji strategiyamızın təhlükəsizliyi baxımından vacibdir. Genişləndirmə çərçivəsində müxtəlif variantlar nəzərdən keçirilə bilər. Biz Avropaya daha böyük həcmdə enerji resursları çatdırılmasını istərdik"-deyə o bildirib.