ABŞ prezidenti Barack Obama sentyabrın 29-da kubalı həmkarı Raul Castro ilə görüşüb.
Görüş BMT Baş Assambleyasının sesiyası çərçivəsində baş tutub.
Bu barədə Reuters agentliyi məlumat verir.
Obamai ilə Castoro ilin əvvəllərində Panamada keçirilən Amerika sammitində də görüşüblər.
Qeyd edək ki, ABŞ-la Kuba 54 illik fasilədən sonra 2015-ci il iyulun 20-də diplomatik münasibətləri bərpa ediblər.
Ötən həftə BMT-nin sammitindən əvvəl Obama ilə Castro arasında telefon söhbəti də olub.
Raul Castro BMT-də çıxış edərkən bildirib ki, münasibətlər yalnız o vaxt normallaşa bilər ki, ABŞ Kubaya qarşı ticarət embarqosunu aradan qaldırsın və Quantanamadakə hərbi dəniz bazasını Kubanın nəzarətinə qaytarsın.
Obama bazar ertəsi sonda Kubaya qarşı embarqonun aradan qaldırılacağına ümidlə yanaşdığını bildirib.