-
Yay mövsümündə Azərbaycan regionlarına 47 min 545 xarici turist gəlib.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata görə, ümumilikdə Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində 608 min 233 nəfər dincəlib. Onlardan 560 min 688-i yerli turistlərdir.
Quba-Xaçmaz regionu ən çox yerli turistlərin (330 min 353), Şamaxı-İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 min 286) istirahət etdiyi bölgələr olub.
Bu statistika iyunun 1-dən avqustun 31-ə qədər olan dövrü əhatə edir.