-
Azərbaycan və Rusiya sərhədçilərinin Xəzərdə keçirdikləri birgə təlimlər sentyabrın 30-da başa çatıb.
Hərbi təlimlər dənizin Azərbaycana aid hissəsində keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyinin AzərbaycanDövlət Sərhəd Xidmətinə istinadla verdiyi məlumatına görə qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilib.
Hərbi təlimlərdə Xzərin bioresurslarının qorunması, qanunsuz miqrasiya, silah qaçaqmalçılığı və ölkəyə qadağan edilmiş malların gətirilməsinin qarşısının alınması yolları məşq edilib.
Təlimlərdə sahil mühavizə qüvvələri, o cümlədən hərbi gəmi və vertolyotlar iştirak edib.