Kunduzu geri aldıqlarını deyirlər

Əfqan qüvvələri Kunduza gedir, 30 sentyabr, 2015-ci il

-

Əfqan rəsmilər bildirirlər ki, hökumət qüvvələri oktyabrın 1-də səhər saatlarında ölkənin şimalındakı Kunduz şəhərinin böyük hissəsini taliban silahlılarından ala biliblər. Üç gün idi bu şəhəri talibançılar tutmuşdu və bu Kabil və müttəfiqləri üçün utancverici hadisə sayılırdı.

Gecə əməliyyatının detalları, eləcə də hansı ərazilərin tutulduğu açıqlanmayıb.

Taliban sözçüsü isə hökumətin Kunduzu geri aldğını inkar edib. O, Reuters agentliyinə deyib ki, yaraqlılar hələ də mərkəzdə hökumət qüvvələri ilə savaşır.

Frans Press isə şahidlərə istinadla yazır ki, şəhərin mərkəzində hökumət qüvvələri görünür və küçələr talibançıların cəsədləri ilə doludur. Agentlik şəhərdə hələ də döyüşlərin getdiyini bildirir.

Əfqan qüvvələr iki gün idi şəhəri geri almağa çalışırdı.