Şimal-Cənub nəqliyyat dəhlizinə baxılır

Iran - astara - heyran

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı işlərin gedişi müzakirə olunacaq.

İqtisadiyyat və Sənaye nazirliyinin məlumatına görə,oktyabrın 9-10-da Azərbaycanın Lənkəran və Astara, həmçinin İranın Astara şəhərlərində keçiriləcək görüşlərdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı görülən işlər və yaradılacaq infrastruktur barədə müzakirələr aparılacaq, Astarada dəhlizin hər iki hissəsinə baxış keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın nümayəndə heyəti bu il avqustun 3-4-də İranda səfərdə olarkən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təkmilləşdirilməsi üçün bu cür görüşlər keçirmək razılığına gəliblər.