-
Yardımlı rayonu, Köryədi kəndində su quyusuna düşən 2 nəfər havasızlıqdan vəfat edib.
Olay oktyabrın 4-də axşam saatlarında baş verib.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, 32 yaşlı Rahil Adışov və 35 yaşlı Elvin Niftəliyev təmizlik işləri aparmaq üçün dərinliyi təxminən 18-20 m olan su quyusuna eniblər.
Hadisə yerinə xilasedicilər gəlsələr də, onların həyatını xilas edə bilməyiblər.