Pərviz Həşimlinin şikayətinə baxılacaq

Pərviz Həşimli

Oktyabrın 27-də Ali Məhkəmədə həbsdə olan jurnalist Pərviz Həşimlinin kassasiya şikayətinə baxılacaq.

Bu barədə Turana vəkil Elçin Sadıqov məlumat verib.

Müdafiə tərəfi hesab edir ki, jurnalistin günahı sübuta yetırilməyib.

Bizim yol” qəzetinin əməkdaşı, Siyasi və Mülki Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli 2013-cü il sentyabın 17-də saxlanılıb.

2014-cü il mayın 15-də qanunsuz narkotik maaddə saxlamaq və silah qaçaqmalçılığı ittihamı ilə 8 il azadlıqdan məhrum edib.

Bakı Apellyasiya Məhkəməsi 2015-ci il dekabrın 24-də hökmü qüvvədə saxlayıb.

Pərviz Həşimli ittihamları rədd edir.