52 953 vergi ödəyicisi qanunu pozub

Foto arxiv

Bu ilin 9 ayı ərzində vergi orqanlarının keçirdiyi tədbirlər zamanı 52 953 vergi ödəyicisinin qanunları pozduğu aşkar edilib.

Onlardsan 9 397 nəfərin xarici valyutanı ödəniş vasitəsi kimi qəbul etdiyi, 2 338 nəfərin vergi orqanlarında qeydiyada durmadan fəaliyyət göstərdiyi, 6 893 nəfərin lisenziyasız fəaliyyət göstərdiyi bəlli olub.

Bundan başqa 2 524 vergi ödəyicisinin 4 202 nəfəri əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi, 2 539 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan sərnişin daşındığı, 1 110 vergi ödəyicisinin isə aksiz markaları olmayan mallar satdığı aşkar edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb.

Bu barədə oktyabrın 5-də Vergilər Nazirliyinin rəsmi saytı məlumat yayıb.