Bakı Apellyasiya Məhkəməsində oktyabrın 15-də jurnalist Xədicə İsmayılın şikayətinə baxacaq.
Bu barədə Turana vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
Müdafiə tərəfi jurnalistə bütün ittihamlar üzrə bəraət verilməsini istəyir və bildirib ki, birinci instansiya məhkəməsi artıq özünü öldürmə həddinə çatdırma maddəsi ilə bəraət verib.
Xədicə İsmayıl bu il sentyabrın 1-də qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədədə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.
O ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.