Pilot uçuş zamanı vəfat edib

Təyyarə köməkçi pilot tərəfindən təcili qaydada Nyu Yorkun Sirakuz hava limanında endirilib.

--

American Airliners hava yolları şirkətinin pilotu Feniks şəhərindən Bostona uçarkən vəfat edib.

Təyyarə köməkçi pilot tərəfindən təcili qaydada Nyu Yorkun Sirakuz hava limanında endirilib.

550 nömrəli reys Feniksi bazar günü gecəyarı tərk edib və bazar ertəsi təcili eniş edib.

Aviaşirkət pilotun uçuş vaxtı özünü pis hiss etdiyini və elə ucuş zamanı keçindiyini təsdiq edib.

Sərnişinlərin mənzil başına çatdırılması üçün Sirakuza yeni heyət göndərilib.

Aviaşirkət bildirib ki, sözü gedən uçuş zamanı sərnişinlərin həyatı üçün heç bir təhlükə olmayıb.

Şirkətin sözçüsü bildirib ki, onun pilotları bütün vəziyyərlərə hazırlıqlıdırlar və məhz buna görə də bütün uçuşlarda təyyarəni iki pilot idarə edir.