Prezident Ucardan Göyçaya gedib

İlham Əliyev regionda səfərdə

Azərbaycan prezidenti İlham Əliyevin Ucara a səfəri başa çatıb.

APA-nın məlumatına görə, prezident Ucardan sonra Göyçay rayonuna səfər edib.

Qeyd edək ki, İlham Əliyev Ucara səfəri zamanı “Ucar Aqro” MMC-nin quşçuluq sənaye kompleksi ilə tanış olub.

Müəssisənin illik istehsal gücü 9,5 min tondur.

Qeyd edək ki, müəssisədə 65 çeşiddə istehsal edilən quş əti məhsulları “Mərcan” brendi ilə təqdim olunur.