Rusiya Suriyada əməliyyatları davam etdirir

Su-25

Rusiyanın hərbi təyyarələri oktyabrın 6-da İslam Dövləti qrupunun Palmiradakı mövqelərinə zərbələr endiriblər.

Reuters agentliyinin məlumatına görə, əməliyyat zamanı 20 hərbi maşın və 3 silah anbarı məhv edilib.

Həmçinin yaraqlıların Hələb əyalətindəki Al Bab və Deir-Xafer şəhərlərindəki mövqeləri bombalanıb.

Britaniyada fəaliyyət göstərən Suriya insan haqları mərkəzinin məlumatına görə, Palmirada keçirilən əməliyyat zamanı 15 islamçı öldürülüb.

İslam Dövləti qrupu Palmiranı bu il mayın 20-də zəbt edib.

YaraqlılarYUNESKO-nun siyahısına düşən şəhərdəki tarixi abidələrin çoxunu dağıdıblar.