Gələn il Azərbaycanda 22 min müəllimin maaşı artırılacaq.
Söhbət orta məktəb müəllimlərindən gedir.
APA-nın məlumatına görə, bunu oktyabrın 7-də Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Komitədə “Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üzrə büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.
O bildirib ki, gələn il 12 regionda müəllimlərin attestasiya mərkəzi yaradılacaq və 22 min müəllimin maaşı artırılacaq.