İraq da Rusiyadan yardım istəyə bilər

Hakim al-Zamili

İraq İslam Dövləti qrupu ilə mübarizədə tezliklə Rusiyaya müraciət edə bilər.

Bunu oktyabrın 7-də parlamentdəki təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Hakim al-Zamili bəyan edib.

Reutersin deputatlara istinadla verdiyi məlumata görə, söhbət Rusiyanın İslam Dövləti qrupunun İraqdakı mövqelərinə mümkün hava zərbələrindən gedir.

Hakim al-Zamili bildirib ki, Bağdad İslam Dövləti qrupu ilə mübarizədə Rusiyanın ABŞ-dan daha çox rol oynamasını istəyir.

O qeyd edib ki, İraqın bununla bağlı Moskvaya müraciət eləməsi, Rusiyanın qonşu Suriyada apardığı hava əməliyyatlarının uğurundan aşlı olacaq.