Kosovoda müxalifətdən olan deputatlar hökumətin Serbiya ilə razılaşmasına etiraz olaraq parlamentin iclas zalına gözyaşardıcı qaz buraxıblar. Müxalifət həmçinin iclası fitə basıb.
Prezident Atifete Jahjaga müxalifətin bu hərəkətini ittiham edib.
Müxalifətdə olan “Kosovonun Gələcəyi Naminə Alyans”ın rəhbəri Ramush Haradinaj hökuməti daha böyük aksiyalarla hədələyib.
Müxalifət hökumətin Avropa Birliyinin vasitəçilik etdiyi razılaşmadan çıxmasını istəyir.
Onlar bunu Kosovonun ərazi bütövlüynə təhlükə hesab edirlər.
Razılaşmada Kosovonun serblər yaşayan regionlarına daha böyük səlahiyyətlər verir.
Əsasən albanların yaşadığı Serbiyanın keçmiş əyaləti Kosovo 2008-ci ildə müstəqilliyini bəyan edib.
Amma Belqrad və bir sıra ölkələr hələ də onun müstəqilliyini tanımır.
Avropa Birliyinə daxil olmaq istəyən Serbiya ilə Albaniya Brüsselin təzyiqi ilə münasibətləri normallaşdırmağa çalışırlar.