Ankara Moskva ilə əməkdaşlığı kəsə bilər

Recep Tayyip Erdogan

Türkiyə prezidenti Recep Tayyib Erdoğan xəbərdarlıq edib ki, Rusiyanın Suriyada hərbi iştirakı və onun Türkiyənin hava hüdudlarını pozmasıMoskvanın Türkiyədəki iqtisadi maraqlarını təhlükə altında qoyur.

Erdogan oktyabrın 8-də bir daha bildirib ki, Türkiyəni itirmək Rusiya üçün ciddi itki olacaq.

O qeyd edib ki, Ankara başqa yerdən qaz ala və Rusiyanın iştirakı ilə Türkiyədə tikiləcək Atom Elektrik stansiyasından imtina edə bilər.

Türkiyə Rusiyadan qaz idxal edən əsas ölkələrdən biridir.

Amma Kremlin sözçüsüDmitry Peskov bildirib ki, Moskva ilə Ankara arasında əməkdaşlıq davam edə bilər, bu doğurdan hər iki tərəf üçün faydalıdır.

Qeyd edək ki, Rusiya Suriya münaqişəsində prezident Bashar Assad rejiminin tərəfini saxlayır.

Türkiyə isə Assad rejiminin getməsini istəyir.